İspaniya ABŞ-ın F-18-lərini əvəz edəcək

   İspaniya ABŞ-ın F-18-lərini əvəz edəcək
  24 İyun 2022    Oxunub:914
İspaniya köhnəlmiş “McDonnell Douglas” F/A-18 qırıcılarını əvəz etmək üçün 20 ən son nəsil “Eurofighter Typhoon” sifariş edib.
AzVision.az xəbər verir ki, yeni “Eurofighters” Kanar adalarında yerləşən bölmələri əvəz edəcək. Müqavilə 2,04 milyard avro dəyərindədir.Yeni “Eurofighter”lərin ilk partiyasının 2026-cı ildə təhvil veriləcəyi gözlənilir. Satınalma “F / A-18 Hornet” qırıcılarının istismardan çıxarılmasını və 2025-ci ildən 2030-cu ilə qədər ən son standart “Eurofighter” qırıcıları ilə əvəzlənməsini nəzərdə tutan Halcón layihəsinin bir hissəsi kimi həyata keçiriləcək.

“Eurofighter Typhoon” dördüncü nəsil çoxməqsədli qırıcıdır. O, 1986-cı ildə İtaliyanın “Alenia Aeronautica” konsorsiumu, Britaniyanın “BAE Systems” müdafiə şirkəti və Avropa aerokosmik korporasiyası “EADS” tərəfindən yaradılıb, “Eurofighter GmbH” tərəfindən hazırlanıb və istehsal edilib.

Perspektivli bir təyyarə üzərində tədqiqatlar 1979-cu ildə başlayıb. Hazırda qırıcının seriya istehsalı davam edir. Təyyarə Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Oman, Küveyt və Qətər tərəfindən sifariş verilmişdi.


AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti