Patı istifadə edən yeniyetmə və gənclərin sayı artıb- RƏSMİ

   Patı istifadə edən yeniyetmə və gənclərin sayı artıb-    RƏSMİ
  24 İyun 2022    Oxunub:4576
"Son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb. Təəssüf ki, onların arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir. İnsanlar arasıda yayılan adları ilə desək patı, şüşə kimi maddələr daha çox istifadə olunur".
AzVision.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. Onun sözlərinə görə, ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin 556-sı qadındır: “Yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2 313 nəfəri 18-24 yaşında, 292 nəfəri isə 65 yaşındadır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti