“Jurnalistika”ya qabiliyyət imtahanı başlayır

“Jurnalistika”ya qabiliyyət imtahanı başlayır
  22 Aprel 2014    Oxunub:836
“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar qabiliyyət imtahanı verirlər.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

TQDK-dan bildirilib ki, bakalavrlar aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.

İmtahan TQDK-nın binasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) keçirili. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel 2014-cü il tarixindən başlayaraq TQDK nın internet saytında müvafiq səhifəyə (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qeyd edək ki, qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılıb. Bu müddət ərzində “Jurnalistika” ixtisası üzrə magistraturada oxumaq üçün 25 nəfər qeydiyyatdan keçib. Cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir.


Teqlər:  





Xəbər lenti