Təhsil naziri “TEKNOFEST”də qalib gələn şagird və tələbələri təbrik etdi

Təhsil naziri “TEKNOFEST”də qalib gələn şagird və tələbələri təbrik etdi
  29 May 2022    Oxunub:1590
“TEKNOFEST”də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.

“Qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması məni çox sevindirdi. Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir.

Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”, - nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti