Şolts və Makron Putini Zelenski ilə danışıqlara çağırıblar

Şolts və Makron Putini Zelenski ilə danışıqlara çağırıblar
  28 May 2022    Oxunub:466
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştreit jurnalistlərə bildirib.

Telefon danışığı 90 dəqiqə davam edib və Ukraynadakı vəziyyətin nizamlanmasına həsr olunub.

"Kansler və Fransa prezidenti atəşkəsin dərhal bərqərar edilməsini və Rusiya ordusunun çıxarılmasını təkid ediblər. Onlar Rusiya Prezidentini Ukrayna lideri ilə birbaşa danışıqlar aparmağa və münaqişənin diplomatik yolla həllini axtarmağa çağırıblar", - Hebeştreit deyib.

O qeyd edib ki, söhbət Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutub.

AzVision.az

Teqlər: Şolts   Makron   Putin   Zelenski  







Xəbər lenti