Putin: "Ərzaq qıtlığının əsl səbəbi Qərbin sanksiyalarıdır"

   Putin:    "Ərzaq qıtlığının əsl səbəbi Qərbin sanksiyalarıdır"
  28 May 2022    Oxunub:1127
Ərzaq qıtlığının əsl səbəbi Qərbin sanksiyaları və yanlış siyasətləridir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Rusiya maneəsiz taxıl ixracı marşrutlarının tapılmasına, o cümlədən Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə daşınmasına töhfə verməyə hazırdır", - Putin vurğulayıb.

O bildirib ki, Rusiya tərəfindən gübrə və kənd təsərrüfatı məhsullarının daşınmasının artırılması qlobal ərzaq bazarında gərginliyin azalmasına kömək edəcək və bunun üçün bu sahədəki məhdudiyyətlər aradan qaldırılmalıdır.

AzVision.az



Teqlər: Putin   Ərzaq-qıtlığı  





Xəbər lenti