“Texnofest”lə verilən mesaj – Sahib Alıyevin şərhi

   “Texnofest”lə verilən mesaj –    Sahib Alıyevin şərhi
  28 May 2022    Oxunub:1497
Müstəqillik günündə Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbaycana səfəri və "Teknofest"in burada düzənlənməsinin əsl səbəbi məncə, Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndindəki çıxışında səsləndirdiyi bu fikirlərdə gizlənir:"Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu".
Cənab Prezident üzləşdiyimiz həmən faciələrin məhz müstəqillik elan etməmizdən az sonra baş verdiyini, burada Ermənistanla yanaşı "xarici amil"in rolu olduğunu elə-belə qabartmırdı. Yəni diqqətə çatdırılırdı ki, bütün bunların səbəbi bəlli çevrələrin bizim müstəqil olmamızı istəməmələri ilə bağlıydı.
Bu sözlər millət vəkili, siyasi şərhçi Sahib Alıyevə aiddir. Onun fikrincə, cənab Prezident başımıza gətirilən faciələrin məhz müstəqillik elan etməmizdən az sonra baş verdiyini, burada Ermənistanla yanaşı "xarici amil"in rolunun olduğunu elə-belə qabartmırdı. Diqqətə çatdırılırdı ki, bütün bunların baş vermə səbəbi bəlli çevrələrin bizim müstəqil olmamızı istəməmələri ilə bağlıydı. Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin onun müstəqillik potensialının artmasına necə böyük töhfə verdiyini həmin çevrələr bilməmiş deyillər və təbii ki, bundan qıcıqlanırlar. Köçəryan-Sərkisyan cütlüyünü tərəfdarlarıyla birgə İrəvanın küçələrinə salıb, Azərbaycana qarşı cənab İlham Əliyevin təbirincə desək hürdürən də elə onlardır.

“Beləliklə, bu müqəddəs gündə cənab Ərdoğanın ölkəmizə səfəri o deməkdir ki, Türkiyə Azərbaycanın müstəqilliyinə öz özgürlüyü kimi baxır və onu bizimlə birgə göz bəbəyi kimi qorumaq əzmindədir. Kimin necə yanaşmasından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi daha da güclənəcək, bunun üçün qardaş dövlət siyasi, diplomatik və "Tekonofest"də sərgilənən hərbi-texniki dəstəyini əsirgəməyəcək. Təhlükə olarsa, İstanbuldan Bakıya birnəfəsə uçan "Akıncı" kimi anında yanımızda olacaq”,- Sahib Alıyev vurğulayıb.



Teqlər: Texnofest  





Xəbər lenti