Ermənistanda müxalifət avtomobillərlə aksiya keçirir - VİDEO

   Ermənistanda müxalifət avtomobillərlə aksiya keçirir -   VİDEO
  28 May 2022    Oxunub:995
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz yürüşü keçirilir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Ermənilər "Sasna Tsrer"ə dəstək aksiyası keçirdilər
Bildirilir ki, müxalifətin "Müqavimət" hərəkatının üzvləri avtomobillərlə yürüş edərək əvvəlki günlərdə başlatdıqları etiraz ənənəsini davam etdirilər.

Saytlar bu gün saat 18:00-da Fransa meydanında mitinqin keçiriləcəyini də yazıblar.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti