Türkiyə lideri: "Kimsəyə verəcək torpağımız yoxdur"

      Türkiyə lideri:    "Kimsəyə verəcək torpağımız yoxdur"
  28 May 2022    Oxunub:455
"Keçən il Şuşa Bəyannaməsi ilə münasibətlərimizi strateji ortaqlıq səviyyəsinə qaldırdıq". AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"İlham qardaşımın töhfəsi ilə Azərbaycanla əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə “Qarabağ” deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm.

Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik. Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra azad oldu. 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi".-deyə, Ərdoğan əlavə edib.



AzVision.az 0

Teqlər:







Xəbər lenti