"30 ildə bizim yanımızda daim türk qardaşlarımız olub" - İlham Əliyev

   "30 ildə bizim yanımızda daim türk qardaşlarımız olub" -    İlham Əliyev
  28 May 2022    Oxunub:380
“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın (Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan - red.) bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhurriyəti quruldu və iki ildən sonra süqut etdi: "Azərbaycan öz müstəqiliyyini itirmişdi. Yalnız 90-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu otuz il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub".

AzVision.az

Teqlər:







Xəbər lenti