Poroşenko iki gündə iki dəfə Ukraynadan getmək istədi - FOTO

   Poroşenko iki gündə iki dəfə Ukraynadan getmək istədi -    FOTO
  28 May 2022    Oxunub:1129
Ukraynanın beşinci prezidenti, “Avropa Həmrəyliyi”nin lideri Pyotr Poroşenko iki gün ərzində iki dəfə sərhəddən Polşaya keçməyə cəhd edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, dünənki uğursuz cəhddən sonra Poroşenko yenidən "Rava Russkaya" keçid məntəqəsinə gəlib. Eks-prezident və onu müşayiət edən şəxslər sərhədə üç maşınla gəliblərmiş.

Poroşenko pasportunu sərhədçilərə göstərib partiya adından Avropaya getmək istədiyini desə də geri qaytarılıb..

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti