Ərdoğan: “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

  Ərdoğan:  “Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
  28 May 2022    Oxunub:435
“Bu gün Texnofest festivalını ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizin qürurunu yaşayırıq”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışında deyib.

Türkiyə Prezidenti deyib ki, siz gənclər sabahın pilotsuz aparatlarını, yüksək texnoloji avadanlıqlarını kəşf edənlər sırasında olacaqsınız: “Gənclərimiz bu sahədə birlikdə addımlayacağıq. Texnofest nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq.

AzVision.az

Teqlər: Əfv  







Xəbər lenti