İrəvanda bir gündə beşinci siyasi həbs

   İrəvanda bir gündə    beşinci siyasi həbs
  28 May 2022    Oxunub:783
Ermənistanda səhər saatlarından başlayaraq siyasi həbslər aparılır. AzVision.az xəbər verir ki, yerli media növbəti qurbanın Vaqarşapat icmasının Ağsaqqallar Şurasından olduğunu yazıb.
İrəvanda siyasi həbs dalğası: "Sasna Tsrer" üzvləri də saxlanılıb
Bildirilir ki, müxalifət fraksiyası “Eçmiədzin bloku”nun rəhbəri Sevak Xaçatryan silah və sursat saxlamaqda şübhəli bilinərək həbs edilib.

"Bu barədə vəkil Aleksandr Koçubayev Facebook-da məlumat yayıb. Vəkilin sözlərinə görə, Sevak Xaçatryanın hakimiyyətə qarşı yeganə silahı onun siyasi baxışları olub. Bu səbəbdən də “silah axtarışı” bəhanəsi ilə növbəti siyasi repressiya aparılıb", -məqalədə yazılıb.

Xatırladaq ki, səhər saatlarında vəkillər "Sasna Tsrer"in üzvlərinin, bir neçə müxalif deputatın həbsi barədə məlumat yaymışdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti