Putin Ukrayna ilə sərhəddəki təxribatlardan danışdı - VİDEO

   Putin Ukrayna ilə sərhəddəki təxribatlardan danışdı -    VİDEO
  28 May 2022    Oxunub:359
Rusiya sərhəd xidməti Ukrayna ilə sərhəd ərazilərdə təxribat və diversiyaların qarşısını alır, həmçinin yaraqlıların və neonasist qruplarının müəyyən edilməsi istiqamətində ardıcıl iş aparır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin sərhədçiləri peşə bayramı münasibətilə təbrik edərkən deyib.

O təbrikində Rusiya Federal Təhlükəsizlik Xidmətinin şəxsi və mülki heyətini, sərhəd xidmətinin veteranlarının əməyini vurğulayaraq qeyd edib ki, onların peşə bayramı əsl qəhrəmanlıq ənənələrinin davamlılığının və birliyinin ən parlaq simvollarından biridir.

Putin Böyük Vətən Müharibəsindəki qələbədə bu peşənin nümayəndələrinin töhfələrini də xatırladıb.



Tural Tağıyev
AzVision.az

Teqlər: Putin   Sərhəd  







Xəbər lenti