Səfirlər Azərbaycan xalqını təbrik etdi

   Səfirlər Azərbaycan xalqını təbrik etdi
  28 May 2022    Oxunub:927
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib. AzVision.az xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Müstəqillik Günü münasibətilə Azərbaycana ən səmimi təbriklərimi çatdırıram. Bu çətin dövrdə bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edir, hər iki ölkə üçün faydalı olacaq möhkəm əlaqələrimizn möhkəmlənəcəyinə ümid edirik", - paylaşımda deyilir.

Daha sonra Avropa İttifaqının (AI) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Əziz Azərbaycan xalqı, Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul edin! Gözəl ölkənizə və hamınıza uğurlar, həmrəylik və firavanlıq arzulayırıq!”, - o bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq də Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. "Mən Azərbaycanı bu gün, 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu günün tarixi 1918-ci ilə gedib çıxır, lakin bu, həm də ikitərəfli münasibətlərimizin 30 illiyi çərçivəsində xüsusi bir gündür".

Eyni zamanda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı xalqımızı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə səfir “Twitter” hesabında paylaşım edib. “Müstəqillik Günün qutlu olsun Azərbaycan!”, - deyə səfir bildirib.

AzVision.az





Teqlər: Səfir  





Xəbər lenti