İrəvanda siyasi həbs dalğası: "Sasna Tsrer" üzvləri də saxlanılıb

  İrəvanda siyasi həbs dalğası:    "Sasna Tsrer" üzvləri də saxlanılıb
  28 May 2022    Oxunub:1135
Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Varujan Avetisyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə politoloq Hayk Martirosyan məlumat yayıb.
Ermənistanda müxalif deputatlara cinayət işi açıldı
O qeyd edib ki, "Sasna Tsrer" terror qruplaşmasının digər tanınmış üzvləri də həbs edilib.

- Rejim İrəvan vaxtı ilə səhər saat 6-dan başlayaraq eyni vaxtda gizli həbs əməliyyatı həyata keçirib. Ölkəmizi işğal etmiş düşmən rejim bu adamları həbsxanaya göndərməklə Ermənistan Respublikasının müstəqillik gününü qeyd etmək qərarına gəlib, Martirosyan deyib.

Vəkil Zarui Bostançıyan da həbs faktını təsdiqləyib. O, Ermənistan Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi və Baş Prokurorluğun rəhbərlərinə müraciət ünvanlayıb.

- Bu gün səhər saat 06:30-da beşi polis geyimində olmaqla on nəfər Pavel Manukyanın evinə soxularaq onu naməlum istiqamətə aparıb.
Bu qanunsuz hərəkətin heç bir hüquqi əsası yoxdur, həbs heç bir izahat verilmədən baş verib, vəkil mediaya bəyan edib.

Qeyd edək ki, “Hayastan” fraksiyasının deputatı Arsvik Minasyan da müxalifətçi deputatların həbsi barədə məlumat yayıb. O özü də daxil olmaqla “Şərəfim var” fraksiyasının üzvü Taron Marqaryana qarşı cinayət işi başlandığını deyib.

Xatırladaq ki, 2016-cı ildə "Sasna tsrer" adlı qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirmişdi. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirdilər. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı girov götürmüşdülər.

Həmin hadisələr nəticəsində üç nəfər ölmüş, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   Ermənistan   Deputat  





Xəbər lenti