Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb

Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb
  27 May 2022    Oxunub:989
Azərbaycan gimnastı Bilal Qurbanov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AzVision.az -a verilən məlumata görə, 13-16 yaş qrupunda mübarizə aparan idmançı 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə 1-ci yeri tutub.

Bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb.

Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yerin sahibi kimi həlledici raunda vəsiqə əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti