"Sülh və sabitlik gənclərin həyatını dəyişəcək”

   "Sülh və sabitlik gənclərin həyatını dəyişəcək”
  27 May 2022    Oxunub:816
“Arzu edirəm ki, Azərbaycan öz suverenliyini və azadlığını qorusun. Çətin coğrafiyada yerləşən bu gənc ölkə suverenliyini, azadlığını qorumalıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

“Diləyirəm ki, Azərbaycan hökuməti sülh danışıqlarını davam etdirsin. Bu, konkret dayanıqlı sülhə gətirib çıxaracaq. Regionda sülh və sabitlik gənclərin həyatını dəyişəcək”, - diplomat qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti