Azərbaycan bayrağı Qətərdəki əkiz qüllələrində - FOTO+VİDEO

   Azərbaycan bayrağı Qətərdəki əkiz qüllələrində -    FOTO+VİDEO
  27 May 2022    Oxunub:1089
Azərbaycanın milli bayramı - 28 may - Müstəqillik Günü münasibətilə Qətərin paytaxtı Doha şəhərindəki “Al Jaber Twin Tower” əkiz qüllələrinin üzərində “Müstəqillik Gününüz Mübarək” yazısı əsk olunub.
AzVision.az xəbər verir ki, tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə baş tutub. Qüllələr dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" uverturasının sədaları altında Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər əmiri şeyx Təmim Bin Hamad Al Taninin şəkilləri, ölkəmizin dövlət atributu olan bayraq, Azərbaycan Ordusunun zəfər simvolu olan “Xarıbülbül” loqosu və “Müstəqillik Gününüz Mübarək” (Happy Independence Day) yazısı əsk olunan sözlə işıqlandırılıb.



Tədbir Qətərdə yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb, Doha şəhərinin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.



AzVision.az



Teqlər:





Xəbər lenti