İlham Əliyev: "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq"

      İlham Əliyev:    "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq"
  27 May 2022    Oxunub:718
Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən söyləyib. Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını vurğulayan dövlət başçısı deyib:

“İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”

AzVision.az



Teqlər: zəngilan  





Xəbər lenti