Stoltenberq: "İsveç və Finlandiya Türkiyənin tələblərinə əməl etməlidir"

      Stoltenberq:     "İsveç və Finlandiya Türkiyənin tələblərinə əməl etməlidir"
  27 May 2022    Oxunub:913
NATO-nun baş katibi Yens Stoltenberq bu il iyunun sonunda Madriddə keçiriləcək sammitə qədər Finlandiya və İsveçin alyansa qoşulması üçün təşkilata üzv dövlətlərin razılığa gəlinəcəyinə ümid edir.
"Müttəfiq problem qaldıranda, onu həll etmək lazımdır. Bu, həmişə belə olub. Heç bir ölkə Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. Kürdlərdən danışırsınız, amma etiraf etmək lazımdır ki, PKK daxil olmaqla bir neçə kürd qruplaşması Avropa Birliyinin, yəni İsveç və Finlandiyanın terror təşkilatları siyahısındadır. Mənim məqsədim bunun sürətli bir proses olmasıdır və düşünürəm ki, hələ vaxtımız var"-deyə, o bildirib.

Finlandiya və İsveç NATO-nun Madriddə keçiriləcək sammitində qonaq qismində iştirak edə biləcək, lakin iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsələr, namizəd ölkə kimi orada öz istəklərini möhkəmləndirmək çətin olacaq.

Finlandiya və İsveçin NATO-dakı səfirləri mayın 18-də dövlətlərinin alyansa qoşulması üçün ərizələri Baş katibə təqdim ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün bildirib ki, Ankara İsveç və Finlandiyanın terror təşkilatlarına, xüsusən də PKK-ya münasibətini müəyyən etməyincə, onların NATO-ya qəbulunu dəstəkləməyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO   Türkiyə  





Xəbər lenti