"ABAD” “Teknofest Azərbaycan”da - FOTOLAR

   "ABAD” “Teknofest Azərbaycan”da -    FOTOLAR
  27 May 2022    Oxunub:993
"ABAD” publik hüquqi şəxs “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı üçün xüsusi hazırlanmış “Səngərdən sənətə” sərgisi ilə çıxış edir.
AzVision.az xəbər verir ki, sərgi ANAMA-nın (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) dəstəyi ilə yaradılıb.

Layihə çərçivəsində ANAMA işğaldan azad edilmiş torpaqlarda aşkar etdiyi və
zərərsizləşdirdiyi düşmən hərbi sursatlarını “ABAD”a təhvil verib. Öz növbəsində “ABAD”çı Fərid Nəcəfov bu qalıqları sənət əsərlərinə çevirərək sərgi üçün təqdim edib. Eksponatların hər biri stimpank üslubunda hazırlanıb və ikinci Qarabağ müharibəsi mövzusuna aiddir.

Qeyd edək ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festivalın tərəfdaşıdır.





















Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti