“İntiharın bir addımındayam...” - Sevinc Qədirova
Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları hələ də başıma gətirməyə davam edirlər. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq! Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar.
Ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”.
Qeyd edək ki, Sevinc Qədirova bir sıra qurumlarda çalışıb. O, 2019-cu ildə Voleybol Federasiyasındakı vəzifəyə təyin edilənədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri olub.
AzVision.az
Teqlər: