İrəvanda polislər arasında dava düşdü- VİDEO

 İrəvanda polislər arasında dava düşdü-  VİDEO
  27 May 2022    Oxunub:1044
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Müxalifətin bir aydır ki, başlatdığı vətəndaş itaətsizliyi aksiyaları polislər tərəfindən zorakılıqla dağıdılır.
Ermənistanda polislə etirazçılar arasında toqquşma olub - VİDEO
Yerli media isə bu gün məlum siyasi proseslər, cəmiyyətdə yaranmış xaosla bağlı hüquq-mühafizə orqanları əməkdaşları arasında fikir ayrılıqlarının yaranmasından yazıb. Qeyd edilir ki, heç də bütün polis əməkdaşları öz peşə vəzifələrini ürəklə yerinə yetirmirlər.

"Buna misal olaraq İrəvanda qeydə alınmış bir videonu göstərmək olar. “Vətəndaş Şüuru” QHT-sinin sədri Narek Samsonyanın təqdime tdiyi görüntülərdə iki qrup polis arasında toqquşma baş verdiyi görünür. Samsonyan məlum videoya şərh verərək qeyd edib ki, “Mafiya ilə(Paşinyanın tərəfini tutan polisləri nəzərdə tutur-red.) mayorlar arasında mübarizə davam edir. Siz isə hələ də “polis Nikol deyil” deyirsiniz".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Polis   Ermənistan  





Xəbər lenti