Ələt Azad İqtisadi Zonasında hava limanının tikilməsi təklif olundu
Razi Nurullayev deyib ki, hamımız gözümüzü Ələtə tikmişik ki, on minlərlə iş yeri yaradacaq və Azərbaycanı ixracatçı bir ölkəyə çevirəcək: “Bizim əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Elə bu məqamdan çıxış edərək demək istəyirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini də gerçəkləşdirməliyik ki, bu cəlbediciliyi artıraq. Hava yükdaşımalarının birbaşa zonada yerləşməsi zonanı daha cəlbedici edə bilər”.
AzVision.az
Teqlər: