Bayraktara Cıdır düzündə “Xarıbülbül” hədiyyə edildi - VİDEO

  Bayraktara Cıdır düzündə “Xarıbülbül” hədiyyə edildi -  VİDEO
  27 May 2022    Oxunub:1476
“TEKNOFEST Azərbaycan”ın Türkiyədən olan nümayəndə heyəti mayın 27-də erməni işğalından azad olunan Şuşaya səfər edib.

AzVision.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın da tərkibində olduğu nümayəndə heyəti Şuşada erməni vandalizminin izləri, eləcə də aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlar.
Cıdır düzü ilə tanışlıq zamanı Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib ki, “bizim başqalarının torpaqlarında gözümüz yoxdur. Torpaqlarımızda gözü olanlara qarşı isə hər zaman hər cür vasitə ilə mübarizə aparacağıq. Buraya yüksək texnologiya, elm və digər sahələr də aiddir”.

Daha sonra polislərlə xatirə foto çəkdirən Selçuk Bayraktara Cıdır düzündə “Xarıbülbül” hədiyyə təqdim olunub.



AzVision.az


Teqlər: Cıdır-düzü  





Xəbər lenti