Bakı səmasında ay-ulduz - FOTOLAR

   Bakı səmasında ay-ulduz -    FOTOLAR
  27 May 2022    Oxunub:2449
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı bu gün də davam edir.
AzVision.az xəbər verir ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının ikinci günündə də Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou ən yaddaqalan hadisələrindən biri olub. Şou Azərbaycan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Ruslan Ələkbərov, Qarabağ ordenli polkovnik Zaur Rüstəmov MİQ-29 qırıcı təyyarələri ilə səmada manevr imkanları ilə başlayıb. Daha sonra Türkiyənin Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları valeh edib.

Türkiyəli pilotların səmada türk dövlətlərinin simvolu olan aypara və ulduz təsvir etməsi də festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.













AzVision.az



Teqlər: Ay   Ulduz  





Xəbər lenti