Ermənistanda polislə etirazçılar arasında toqquşma olub - VİDEO

   Ermənistanda polislə etirazçılar arasında toqquşma olub -    VİDEO
  27 May 2022    Oxunub:878
Ermənistan müxalifəti bu gün etiraz aksiyası keçirib. AzVision.az xəbər verir ki, onlar Çareçavan şəhəri yaxınlığında Sevan-İrəvan magistral yolunu bağlayıb.
İrəvanda əsgər valideynləri müxalifətin mitinqinə qoşulub - CANLI
Yayımlanan kadrlardan görünür ki, polis güc tətbiq edərək etirazçıları dağıtmağa çalışır.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  





Xəbər lenti