Binaların enerji auditi aparılacaq

   Binaların enerji auditi aparılacaq
  27 May 2022    Oxunub:477
Enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə enerji auditi binaların qiymətləndirilməsini də əhatə edəcək.
Bu, Milli Məclisin keçirilən iclasında müzakirə edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsidir.

Layihəyə əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsi olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

AzVision.az



Teqlər: Bina  





Xəbər lenti