Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

   Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək
  27 May 2022    Oxunub:770
Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək.
Bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur.


AzVision.az



Teqlər: Şuşa  





Xəbər lenti