İrəvan Qarabağda döyüşmüş komandirlərlə artilleriya təlimləri keçirir - VİDEO

   İrəvan Qarabağda döyüşmüş komandirlərlə artilleriya təlimləri keçirir -    VİDEO
  27 May 2022    Oxunub:1168
Ermənistan ordusunun raket və artilleriya qoşunlarının bölmələri təlimlər keçirir. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, jurnalistlər də hərbi təlimlərin gedişini izləyə biliblər.
Rusiya qırıcıları Ermənistanda təlimlər keçiriblər
"Müxtəlif atışlarla müşayiət olunan təlimlərə ordunun mühüm qüvvə və vasitələri cəlb olunur, istifadə olunan silahların diapazonu çox fərqlidir. Poliqonda minaatanlardan tutmuş "Smerç" reaktiv yaylım atəş sistemlərinə qədər görmək olar", - saytlar yazıb.

Ermənistan Silahlı Qüvvələrinin raket-artilleriya qoşunlarının qərargah rəisi, polkovnik Ruben Qasparyan atışların nəticələrini qiymətləndirərək deyib ki, "manevrlər maksimum döyüş qaydalarına yaxın şəkildə aparılıb. Bu, şəxsi heyətin praktiki bacarıqlarını təkmilləşdirməyə, yüksək mənəvi-əxlaqi və döyüş keyfiyyətlərini inkişaf etdirməyə imkan verir və dözümlülüyü artırır”.

"Təlimlər zamanı əlaqə saxladığımız komandirlərin demək olar ki, hamısı Qarabağ müharibəsində döyüş əməliyyatlarında fəal iştirak edib. Qərargah rəisinin sözlərinə görə, belə irimiqyaslı təlimlər ildə üç dəfə keçirilir və müxtəlif ssenarilər qurulur. Bunlar hücum, müdafiə, əks-hücumlardır. Qasparyan qeyd edib ki, belə təlimlərdə 44 günlük müharibə zamanı əldə edilmiş əvəzsiz təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir, səhvlər üzərində iş aparılır", - yerli media yazıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı İrəvan xeyli sayda şəxsi heyət itkisi verməklə yanaşı, artilleriya döyüşlərində də ciddi uğursuzluqla üzləşdi. Bu gün təlimlərə qatılan erməni komandirlərin topladıqları "təcrübə" isə daha çox yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulması ilə bağlı olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təlim   Artilleriya  





Xəbər lenti