"ABŞ Kiyevə Rusiyanın dərinliklərini vurmamağı məsləhət bilib" - Reuters

   "ABŞ Kiyevə Rusiyanın dərinliklərini vurmamağı məsləhət bilib" -    Reuters
  27 May 2022    Oxunub:816
Vaşinqton Kiyevlə Rusiyanın dərinliklərindəki ərazilərə vurula biləcək zərbələr nəticəsində yaranacaq eskalasiyanın təhlükəsinə dair danışıqlar aparıb. Bu barədə "Reuters" agentliyinə ABŞ hərbçiləri və diplomatları məlumat verib.
"Ankara Kiyev və Moskva ilə "taxıl dəhlizi" yaradır" - Reuters
Qeyd edilir ki , pərdəarxası müzakirələr son dərəcə həssas şəkildə aparılır və buna görə də o "reklam" olunmur. Eyni zamanda, ABŞ Ukrayna Silahlı Qüvvələrinin öz silahlarından istifadəsinə aydın coğrafi məhdudiyyətlər qoymur...

Bundan başqa, Vaşinqton “eskalasiya təhlükəsi haqqında ümumi anlayışa” da nail olmağa çalışır.

- Bizim eskalasiya ilə bağlı narahatlığımız var. Lakin biz hələ də coğrafi məhdudiyyətlər qoymaq və həm də onların çox əl-qollarını bağlamaq (ukraynalıların - red.) istəmirik, - ABŞ ordusunun rəsmisi anonimliyin saxlanması şərtilə açıqlama verib.

Nəşrə danışan digər mənbə isə qeyd edir ki, Vaşinqton və Kiyev Qərbin təqdim etdiyi etibarlı silah tətbiqi üsullarından istifadə ilə bağlı ortaq “anlayışa”ya malikdirlər.

- İndiyə qədər biz bu hədləri başa düşməkdə eyni xətdə olmuşuq- mənbə deyib.

ABŞ kəşfiyyatı həmçinin Rusiya prezidenti Vladimir Putinin açıq-aşkar ambisiyaları ilə onun ordusunun effektivliyi arasındakı uyğunsuzluğu nəzərə alaraq artan risklər barədə xəbərdarlıq edib. Milli Kəşfiyyatın direktoru Avril Haynes bu ay Senatda keçirilən dinləmələrdə bildirib ki, qarşıdan gələn aylar müharibəni "daha gözlənilməz və potensial eskalasiya trayektoriyasına" apara bilər.

ABŞ-ın NATO-dakı keçmiş səfiri və ordunun istefada olan general-leytenantı Duqlas Lyut da qeyd edib ki, Ukraynanın kifayət qədər "rus hədəfləri" var ki, buna görə də narahat olmağa dəyər.

O Kiyevin Rusiyaya dərin zərbələr endirəcəyi təqdirdə NATO daxilində gərginlik və siyasi parçalanma riskinin olacağını da etiraf edib.

- Bu, alyans daxilində parçalanmaya gətirib çıxaracaq. Və təbii ki, NATO bunu istəmir. Elə Ukrayna da bunu istəmir, - Lyuit "Reuters"ə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Rusiya   Silah  





Xəbər lenti