Ukraynada ölən uşaqların sayı 241-ə çatıb

Ukraynada ölən uşaqların sayı 241-ə çatıb
  27 May 2022    Oxunub:1111
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 241 uşaq ölüb.
Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 887 təhsil müəssisəsinə ziyan dəyib, 180-ni isə tamamilə dağıdılıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti