ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan olunub

   ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan olunub
  27 May 2022    Oxunub:1005
ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaradılıb. Cəmiyyət rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilməsi barədə ətraflı məlumat verib.

Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi unutmayaraq, mürəkkəb mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinə nail olub.

Sonra şəhər meriyasının qəbul etdiyi bəyannamə Esmira Bayramovaya təqdim edilib.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti