"Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır" - Sanna Marin

   "Rusların Ukraynadakı cinayətlərinin biri də cəzasız qalmamalıdır" -    Sanna Marin
  27 May 2022    Oxunub:827
Rusiya hərbçilərinin Ukraynada törətdiyi cinayətlərin heç biri cəzasız qalmamalıdır. AzVision.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Baş naziri Denis Şmıxalla görüşdən sonra keçirdiyi brifinqdə deyib.
- Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verənləri gördük. Buça və İrpendə olduq. Biz çox məyusuq və orada qətllər, işgəncələr, insanlara qarşı zorakılıqlar, zorlamalar baş verib. Heyr içindəyik, amma biz indi bilirik ki, ədalətsizlik qarşısında insan kimi qalmaq mümkündür və indi Rusiya Federasiyasının nəyə qadir olduğunu da bilirik. Hazırda imperializmin hansı cinayətlərə səbəb olduğunu görür və bu cinayətlərin heç birinin cəzasız qalmasına imkan verməməliyik. Ukraynada baş verən hər şey lazımi beynəlxalq qiymət almalıdır, - Baş nazir qeyd edib

Onun sözlərinə görə, Finlandiya rus hərbçilərin cinayətlərinin araşdırılmasını dəstəkləyir.

- Bu cinayətlər cəzasız qalmamalı və izsiz keçib getməməlidir. Bunu pisləmək və cəzalandırmaq üçün beynəlxalq səviyyədə görülməli olan hər şey edilməlidir, - o əlavə etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Finlandiya   Rusiya  





Xəbər lenti