Bakıdakı güclü yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
Bakının Nərimanov rayonunda sexdə baş verən yanğının söndürülməsinə 2 helikopter cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a verilən məlumata görə, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir. Əlavə məlumat veriləcək.
***
Bakıda metronun "Ulduz" stansiyasının yaxınlığında sexdə güclü yanğın başlayıb.
AzVision.az xəbər verir ki, yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: