"Müxalifət vətəndaşlardan dəstək almadığı üçün intiqam alır" - Paşinyan

   "Müxalifət vətəndaşlardan dəstək almadığı üçün intiqam alır" -    Paşinyan
  25 May 2022    Oxunub:957
İrəvanda keçirilən etiraz aksiyalarının məqsədi vətəndaşlar və bütövlükdə cəmiyyət üçün mümkün qədər çox narahatçılıq yaratmaqdır. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
- Hazırkı situasiya siyasilikdən çıxıb, o artıq kifayət qədər logistik bir duruma çevrilib... Müxalifətin bütün vasitə və mexanizmlərlə öz mesajlarını cəmiyyətə çatdırmaq üçün bütöv bir ay vaxtı var idi. Ümumiyyətlə, bu cür aksiyaların məqsədi cəmiyyəti proseslərə cəlb etmək və siyasi tələb formalaşdırmaqdır. Amma bu baş vermədi, - İrəvanın hökumət başçısı deyib.

O qeyd edib ki, indi proseslər hakimiyyətin əleyhinə deyil, cəmiyyətin əleyhinə gedir. Paşinyanın sözlərinə görə müxalifətin niyyəti odur ki, insanlar onlara qoşulmasalar, bu qüvvələr paytaxtda daha çox narahatlıqlar, tıxaclar yaradacaqlar.
Baş nazir vurğulayıb ki, etiraz aksiyalarının təşkilatçıları vətəndaşlardan onlara qoşulmaqdan imtina etdiklərinə, ötən ilki parlament seçkilərinin nəticələrinə görə intiqam alırlar. Bundan əlavə, o, əmindir ki, rəqiblər özləri reytinqlərini minimum səviyyəyə endirirlər və bu mənada “biz onlara qarışmamalıyıq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Aksiya  





Xəbər lenti