Sabirabadda qatar kişini vurub

Sabirabadda qatar kişini vurub
  25 May 2022    Oxunub:1021
Bu gün saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

"Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti