Mitinqləri Paşinyanın mühafizə xidmətinin rəhbəri yatırırmış - FOTO

   Mitinqləri Paşinyanın mühafizə xidmətinin rəhbəri yatırırmış -    FOTO
  25 May 2022    Oxunub:1200
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Bir aydır davam edən vətəndaş itaətsizliyi aksiyaları artıq rəsmi İrəvanı ciddi şəkildə narahat edib.
İrəvanda etirazçılar körpə uşaqları siyasi alətə çevirirlər - FOTO
Yerli media müxalifətin "Müqavimət" hərəkatının rəhbərlik etdiyi bu mitinqlərin son günlər nəzarətdən çıxdığını yazıb. Bu səbəbdən də baş nazir Nikol Paşinyanın "sağ əli" sayılan şəxslərdən biri sırf mitinqlərin yatırılmasına nəzarət üçün təlimatlandırılıb.

Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyir ki, “Hamilə qadının qətlinə görə ( Baş nazirin kortecinin vurduğu erməni qadın-red.) hələ də cinayət məsuliyyətinə cəlb edilməyən Nikol Paşinyanın xüsusi mühafizə dəstəsinin rəhbəri nəinki azadlıqda gəzir, hətta səlahiyyətlərini aşan işlərə də baş qoşur. O, yeni-yeni cinayətlər törətməkdə davam edir".

Kazaryanın yeni cinayətlər dediyi məsələ isə "ictimai asayişi qoruyan" polis əməkdaşlarına göstərişlərin verilməsidir. İddia olunur ki, Paşinyanın etibar etdiyi bir nömrəli şəxs genişmiqyaslı aksiyalar zamanı kənardan dayanaraq prosesləri idarə edir.

Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Paşinyan  





Xəbər lenti