Lalə Azərtaş “Ərin ayağının suyunu içmək” fikrinə aydınlıq gətirdi - VİDEO

   Lalə Azərtaş “Ərin ayağının suyunu içmək” fikrinə aydınlıq gətirdi -    VİDEO
  25 May 2022    Oxunub:3233
Aparıcı Lalə Azərtaş “Xəzər TV”də yayımlanan “Təsir dairəsi” verilişində səsləndirdiyi tənqidlə qarşılanan fikirlərinə aydınlıq gətirib.

Aparıcı bir neçə gün əvvəl canlı efirdə dediyi “Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən” sözlərinə reaksiya bildirib.
Lalə elə öz proqramında “İstəyənim qədər, istəməyənim də var, amma həmişə qaməti dik dururam və üzümdən təbəssümümü əskik etmirəm. Zərifcə gülümsəyirəm, bilirəm ki, yaxşı insanlar, yaxşıya dəyər verənlər var” sözlərini qeyd edib.

O, daha sonra fikirlərinə yarızarafat-yarıciddi münasibət bildirib: “El dilində “gözün su içdimi?” deyirlər. Sonra bunu yazmayın, göz su içmir, məcazi mənadadır”. Ətraflı süjetdə:




AzVision.az




Teqlər: Aparıcı  





Xəbər lenti