"Ukrayna müharibəsi 70-dən çox ölkənin defoltuna səbəb ola bilər" - BMT

   "Ukrayna müharibəsi 70-dən çox ölkənin defoltuna səbəb ola bilər" -    BMT
  25 May 2022    Oxunub:763
Ukraynadakı müharibənin yaratdığı ərzaq, yanacaq və maliyyə böhranları yoxsul ölkələrdə iğtişaşlara səbəb olmaq təhlükəsi yaradır. Bu həm də 70-dən çox dövlətin defoltuna səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayner deyib.

- Biz böhranın miqyasına uyğun şəkildə cavab vermək üçün əlimizdən gələni etməyə çalışırıq. İnkişaf etməkdə olan bir çox ölkələrin iqtisadiyyatlarında sadəcə olaraq pul qalmayıb, - Ştayner deyib.

Onun sözlərinə görə, yüksək inflyasiya və faiz dərəcələri 70-dən çox ölkədə defolta səbəb ola bilər. Kütləvi etirazlar fonunda Şri-Lanka artıq defolt elan edib.
BMT rəsminin fikirlərini drəc edən "The Wall Street Journal" isə yazır ki,
Rusiya Ukrayna limanlarını mühasirəyə alır, bununla da Misir kimi demək olar ki, tamamilə idxala arxalanan ölkələrdə qıtlıq yaradır və qiymətləri qaldırır.

Məqalədə qeyd edilir ki, bütün bunların fonunda bu il taxılın dünya qiyməti 50% artaraq rekord həddə yaxınlaşıb. Qarğıdalı 32%, soya isə 26% bahalaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   BMT  





Xəbər lenti