"Avto FM" radiosu DİN-in nəzarətinə keçib

   "Avto FM" radiosu DİN-in nəzarətinə keçib
  25 May 2022    Oxunub:375
"Avto FM" radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib.
AzVision.az xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub. Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla "Avto FM" radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, "Avto FM" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir. Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.

AzVision.az

Teqlər: Radio  







Xəbər lenti