Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışıb

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışıb
  25 May 2022    Oxunub:1099
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, nazirlər, iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti