Kopırkin Zəngəzura gəldi: 2020-ci ildə ölən rus pilotları yad edib

      Kopırkin Zəngəzura gəldi:    2020-ci ildə ölən rus pilotları yad edib
  25 May 2022    Oxunub:1475
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzurdakı sərhədin durumu ilə tanış olub. AzVision.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Rusiya səfiri Zəngəzurda olub
Bildirilir ki, rusiyalı diplomatın Zəngəzur bölgəsinə işgüzar səfəri mayın 24-də başlayıb.

"Səfir ilk gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəhbərliyinin müşayiəti ilə 2020-ci ildə Yerasx kəndi yaxınlığında həlak olan Mi-24 helikopterinin ekipaj üzvlərini yad edib. Bundan əlavə, o, Paruyr-Sevak və Tex sərhəd zastavalarında olub, burada şəxsi heyətlə görüşüb, Rusiya hərbi qulluqçularının gündəlik və döyüş hazırlığı fəaliyyətinin xüsusiyyətləri ilə tanış olub", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də Zəngəzura gəlmişdi.



Tural Tağıyev
AzVision.az


Teqlər:   Səfir   Zəngəzur  





Xəbər lenti