Rusiya Ukraynanın təyyarəqayırma zavodunu vurdu

   Rusiya Ukraynanın    təyyarəqayırma zavodunu vurdu
  25 May 2022    Oxunub:1475
Rusiya bölmələri Zaporojyedəki "Motor Siç" təyyarəqayırma zavodunun sexlərini raketlərlə vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov brifinqdə bildirib.

"Zaporojye şəhərində yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz raketləri Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası üçün aviasiya mühərrikləri, o cümlədən pilotsuz uçuş aparatları istehsal edən "Motor Siç" zavodunun istehsal sexlərini məhv edib", - deyə general-mayor qeyd edib.
Onun sözlərinə görə, bundan başqa, Dnepropetrovsk vilayətində Donbasda qruplaşmanı gücləndirməyə gedən Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissələrini vurmaq mümkün olub.

Rusiya ordusunun havadan buraxılan raketləri Ukrayna ordusunun 14-cü mexanikləşdirilmiş briqadasının komanda məntəqəsinə, rabitə mərkəzinə və radiotexnika mərkəzinə hücum edib.

72-ci motoatıcı briqadanın maddi-texniki təchizatı mərkəzi, iki yanacaq bazası, iki hava hücumundan müdafiə radar postu və Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 16 ərazi də vurulub.

Həmçinin, Rusiyanın Nikolayev vilayətində hava hücumundan müdafiə qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini vurub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti