Pandemiya ilə mübarizəyə 807 milyon xərclənib

   Pandemiya ilə mübarizəyə 807 milyon xərclənib
  25 May 2022    Oxunub:905
“Koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib”.
AzVision.az xəbər verir ki, görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Şərifov qeyd edib ki, ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, bu məbləğ kifayət etməyib:

“Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb".

Nazirin sözlərinə görə, ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti