Hakimlərin cəzalandırılması mexanizmi hazırlana bilər

   Hakimlərin cəzalandırılması mexanizmi hazırlana bilər
  25 May 2022    Oxunub:955
Bəzən məhkəmə hakimləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyi gecikdirirlər.
Bunu hüquq müdafiəçisi Çingiz Qənizadə Vəkillər Kollegiyasında keçirilən mətbuat konfransında deyib.

"Düşünürəm ki, bu kimi məsələlərdə hakim-vəkil münasibətlərinin qaydasında olmasını təkmilləşdirmək üçün hakimlərin cəzalandırılması mexanizmi olmalıdır.

Bu neqativ halların qarşısını almağa kömək edəcək. Çünki bu gün hələ də müəyyən neqativ hallar qalır. Hesab edirəm ki, bu problemlərin həlli üçün sizin fəaliyyətiniz öz müsbət nəticəsini verəcək"-deyə, o bildirib.

AzVision.az


Teqlər: Hakim  





Xəbər lenti