200 dollara casusluq edən erməni hərbçi saxlanıldı - VİDEO

200 dollara casusluq edən erməni hərbçi saxlanıldı -    VİDEO
  25 May 2022    Oxunub:3078
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) növbəti dəfə dövlətə xəyanət faktını aşkarlayıb. AzVision.az xəbər verir ki, bu barədə MTX - nin mətbuat xidməti məlumat yayıb.
İrəvan yeni casuslar tapıb - VİDEO
Bildirilir ki, MTX əməkdaşları hərbçi D.G. - ni xəyanətdə şübhəli bilərək saxlayıblar. İstintaqın məlumatına görə, o, döyüş mövqeləri, silahlar, hərbi hissələrdən birinin şəxsi heyət sayı, eləcə də digər məlumatları başqa ölkənin xüsusi xidmət orqanlarına ötürüb.

Qeyd edilir ki, hərbçi yanvar-mart aylarında Whatsapp və Messenger vasitəsilə məlumatlar toplayaraq aidiyyəti yerlərə göndərib. Bunun üçün əsgər bank köçürməsi yolu ilə 200 dollar da alıb. O saxlanılan kimi günahını etiraf edib və həbs olunub.



Xatırladaq ki, MTX bir neçə dəfə dövlətə xəyanət faktını aşkarlayıb . 44 günlük müharibədən sonra Ermənistanda dövlətə xəyanət ittihamı ilə saxlanılan xeyli sayda hərbçilər olub ki, onlar həm döyüşlər vaxtı, həm də müharibədən sonra xarici xüsusi xidmət orqanlarına işləyirlərmiş.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Hərbçi   Hərbi-sirr  





Xəbər lenti