İrəvanda polislə etirazçılar arasında dava düşüb - VİDEO

               İrəvanda polislə etirazçılar arasında dava düşüb -    VİDEO
  25 May 2022    Oxunub:769
Ermənistanda vəziyyət gərginləşib. Bu gün səhər saatlarından müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi yürüş prezident iqamətgahının blokadaya alınmasıyla müvəqqəti dayanıb.
İrəvanda gərginlik: Prezident iqamətgahı blokadaya alındı - CANLI
AzVision.az xəbər verir ki, yerli media burada polislə etirazçılar arasında davanın düşdüyünü yazıb. Bildirilir ki, qarşıdurmaya səbəb səsləndirilən radikal şüarlar deyil, hərəkat fəallarının binanın qarşısını kəsməsi olub.

"Bina mühasirəyə alınandan sonra əraziyə əlavə polis qüvvələri cəlb edilib. Təhlükəsizlik qüvvələri fəalları binadan uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. “Hayastan” fraksiyasının deputatları Aram Vardevanyan və İşxan Saqatelyan müxalifət tərəfdarlarını sakitləşdirməyə çalışaraq onları təxribatlara uymamağı səsləyiblər. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Xain Nikol!” şüarları səsləndiriblər. Polis isə etirazçıları binanın girişlərini açmağa çağırıb", - məqalədə yazılıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Yürüş   Dava  





Xəbər lenti