"Rusiya neftindən imtina etmək intihardır" - Zaxarova

   "Rusiya neftindən imtina etmək intihardır" -    Zaxarova
  25 May 2022    Oxunub:1088
"Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması çərçivəsində ABŞ-ın təzyiqi altında Aİ-nin Rusiya neftindən imtina etməsi Aİ ölkələri üçün intihara səbəb olacaq". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"O zaman bu, Aİ-ni əsil intiharı olacaq. Bunu başa düşmək lazımdır. Və onlar yaxşı bilirlər ki, bu, kollektiv intihardır", - Zaxarova Sputnik radiosunun efirində deyib.

Daha əvvəl Financial Times yazıb ki, Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının sədri Şarl Mişele yazılı şəkildə ölkəsinin Rusiya neftindən imtina edəcəyi təqdirdə Budapeştə kömək üçün maliyyə vəsaiti ilə bağlı ətraflı məlumat verilməyənə qədər sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti